Bank Of Baku

“Kulturologiya və Azərbaycanın bədii ədəbiyyatı” mövzusunda kulturoloji seminar keçirilib

“Kulturologiya və Azərbaycanın bədii ədəbiyyatı” mövzusunda kulturoloji seminar keçirilib
# 10 aprel 2009 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun təşkilatçılığı ilə “Kulturologiya və Azərbaycanın bədii ədəbiyyatı” mövzusunda respublika kulturoloji seminarı keçirilib. APA-nın məlumatına görə, seminarda professor Fuad Məmmədov, filologiya elmləri namizədi Samirə Mirbağırzadə və yazıçı Natiq Rəsulzadə məruzə ilə çıxış ediblər. Seminar iştirakçıları bildiriblər ki, yaşadığımız texniki proqress və qloballaşma əsrində Azərbaycan ədəbiyyatı əvvəllər olduğu kimi özünün humanist ənənələrini davam etdirməli, millətin intellektual və etik səviyyəsini formalaşdırmalıdır. Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, yazıçı Çingiz Abdullayev və başqaları iştirak ediblər. Seminar “Azərbaycanın ədəbiyyatı dünya bədii mədəniyyət məkanında” adlı dəyirmi masa ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR