Bank Of Baku

Azərbaycanda keçirilmiş sosioloji sorğunun nəticələri açıqlanıb

Azərbaycanda keçirilmiş sosioloji sorğunun nəticələri açıqlanıb
# 10 aprel 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Plus-R” sosioloji xidməti Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə həyata keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, politoloq Rasim Musabəyov sorğunun 2009-cu ilin yanvarında keçirildiyini deyib. 1000 nəfərin iştirak etdiyi sorğu Azərbaycanın 15 rayonunda, 12 şəhərində həyata keçirilib. R. Musabəyovun sözlərinə görə, sözügedən sorğu ölkədə 2002-ci ildən başlayıb. O əvvəlki illərdə hər il 4 dəfə, son bir neçə ildə isə ilin sonunda sorğu aparıldığını qeyd edib: “Demək olur ki, anketlərdə verilən suallar dəyişilmir. Biz hər il təhlil aparıb insanların eyni məsələyə ayrı-ayrı illərdə münasibətinin necə dəyişdiyini müəyyənləşdiririk”.

Sorğuda iştirak edənlər Azərbaycanın üç əsas problemi kimi Dağlıq Qarabağ münaqişəsini (67.8 faiz), kasıblıq (31.7 faiz) və korrupsiyanı (30.9 faiz) göstəriblər. “Hansı dövləti Azərbaycanın dostu hesab edirsiniz” sualına cavab olaraq respondentlərin 87, 2 faizi Türkiyənin, 15,1 faizi Rusiyanın, 12,2 faizi Gürcüstanın adını çəkib. Azərbaycanın düşmənləri olan dövlətlər sıralamasında ilk üçlükdə Ermənistan (94.7 faiz), Rusiya (14.6 faiz) və İran (10 faiz) təmsil olunur. İştirakçıların 59 faizi Azərbaycandakı ictimai-siyasi vəziyyəti dinc-sakit, 12.9 faizi gərgin qiymətləndirib. Respondentlərin 69 faizi Azərbaycanın düzgün istiqamətdə inkişaf etdiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR