Bank Of Baku

Bakının bəzi ərazilərinə elektrik enerjisi və qazın verilməsi dayandırılıb

Bakının bəzi ərazilərinə elektrik enerjisi və qazın verilməsi dayandırılıb
# 10 aprel 2009 13:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, adıçəkilən rayonlara verilən qazın təzyiqi də düşüb.

«Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidməti adıçəkilən ərazilərdə enerji təchizatı ilə bağlı problemin olmadığını iddia edir. Səhmdar cəmiyyətindən bildirilib ki, bu gün paytaxtın rayonlarına elektrik enerjisinin verilməsində problem yaşanmayıb. Ötən gecə baş vermiş güclü külək yalnız Badamdarda yeni yaşayış massivində elektrik xətlərini qırıb. Bu problem də günün əvvəlində aradan qaldırılıb.

Bakı şəhər Baş İstehsalat Qaz İdarəsindən (BakQaz) isə «APA-Economics»ə Nərimanov, Nizami və Binəqədi rayonlarına verilən qazın dayandırıldığını təsdiqləyiblər. «BakQaz»dan bunun qaz kəmərlərində təmir işlərinin aparılması ilə bağlı olduğu və günün sonunda təchizatın bərpa olunacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR