Bank Of Baku

Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 13-dək davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 13-dək davam edəcək
# 10 aprel 2009 13:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraiti tutqun olacaq, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq.

Aprelin 11-də şimal-şərq küləyi əsəcək. Aprelin 11-dən 12-ə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Aprelin 11-də havanın temperaturu gecə 3-5, aprelin 12-də 4-6, gündüz 10 dərəcəyə yaxın isti olacaq. Aprelin 11-də rayonlarda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə qar yağma ehtimalı var.

A. Verdiyev bildirib ki, aprelin 9-dan 10-a keçən gecə Altıağac, Daşkəsən, Gədəbəy, Qubada 1-7 sm qar qeydə alınıb. Ən çox qar Altıağacda müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR