Bank Of Baku

Azərbaycan Gənclər Parlamentinin yeni tərkibdə ilk iclası keçirilib

Azərbaycan Gənclər Parlamentinin yeni tərkibdə ilk iclası keçirilib
# 10 aprel 2009 13:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Gənclər Parlamentinin yeni tərkibdə ilk iclası keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənclər Parlamentinin yeni tərkibi aprelin 9-da keçirilən seçkilər nəticəsində müəyyənləşib. Gizli səsvermə ilə Hikmət İsmayılov Gənclər Parlamentin sədri, Tale Əliyev birinci müavin, Fəridə Əliyeva və Azər Məhərrəmov isə müavin seçiliblər.

Qeyd edək ki, Azərbaycan Gənclər Parlamenti 2005-ci ildə Gənclər və İdman Nazirliyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR