Bank Of Baku

Gəncə Dövlət Universitetinin 70 illik yubileyi qeyd edilib - FOTO

Gəncə Dövlət Universitetinin 70 illik yubileyi qeyd edilib - FOTO
# 27 aprel 2009 12:26 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncə Dövlət Universitetinin (GDU) 70 illik yubileyi qeyd edilib. APA-nın qərb bürosunun məlumatına görə, yubiley mərasiminin əsas hissəsi Gəncə Şəhər İcra Hakimiyyətində baş tutub. Mərasimdə təhsil naziri Misir Mərdanov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Qoyunçoğlu, millət vəkili Zəlimxan Yaqub, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İdarəetmə Universitetinin rektoru Seyfəddin Qəndilov, o cümlədən 13-ə qədər universitetin rəhbəri iştirak edib.
Tədbirdə Gəncə şəhər İH başçısı Eldar Əzizov açıb, GDU-nun rektoru Elman Məmmədov, təhsil naziri Misir Mərdanovu çıxış ediblər.
Qeyd edək ki, GDU 14 aprel 1938-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Gəncədə (o zamankı Kirovabad) N.K.Krupskaya adına İkillik Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. İlk olaraq institutun iki fakültəsi, 23 müəllimi, 244 tələbəsi olub. 1943-cü ildən Həsən Bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu olaraq fəaliyyətini davam etdirən elm ocağı 2000-ci ildə Heydər Əliyevin fərmanı ilə Gəncə Dövlət Universitetinə çevrilib. Hal-hazırda GDU-nun 8 fakultəsində 33 ixtisas üzrə 3404 tələbə bakalavr, 251 nəfər isə magistr ali dərəcələri üzrə təhsil alır. 10 şöbədə 570 nəfər professor-müəllim heyəti çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR