Bank Of Baku

Azərbaycan Dəniz Akademiyasına sənəd qəbulu qaydalarında dəyişiklik edilib

Azərbaycan Dəniz Akademiyasına sənəd qəbulu qaydalarında dəyişiklik edilib
# 27 aprel 2009 13:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Dəniz Akademiyasının rəsmi müraciətini nəzərə alaraq, həmin tədris müəssisəsində təhsil almaq istəyən abituriyentlərin sənəd qəbulu qaydalarında dəyişiklik edib. Komissiyanın ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, dəyişikliyə əsasən, bu akademiyanın ixtisaslarını seçmək istəyən abituriyentlərin həmin təhsil müəssisəsində xüsusi tibbi və psixoloji müayinədən keçməsi ilə bağlı qoyulmuş tələb aradan qaldırılır. Bundan sonra adı çəkilən ali məktəbə qəbul olmaq istəyən abituriyentlər ümumu qaydada sənəd verə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR