Bank Of Baku

Bakı Slavyan Universitetinin rektoru Almaniyada səfərdə olub

Bakı Slavyan Universitetinin rektoru Almaniyada səfərdə olub
# 27 aprel 2009 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Slavyan Universitetinin (BSU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Kamal Abdullayev Almaniyanın Mayns Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub. BSU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, Kamal Abdullayev mühazirəsində “Kitabi-Dədə Qorqud”la yunan mifologiyasının müqayisəli təhlilini aparıb, “Dədə Qorqud” və almanların “Nibelunqlar haqqında nəğmə” dastanları arasında paralellərdən danışıb, dinləyicilərin çoxsaylı suallarının cavablandırıb. Səfər zamanı K. Abdullayevlə Mayns Universiteti rəhbərliyi arasında BSU-nun rektorunun təşəbbüsü ilə iki universiteti arasında “Dədə Qorqud” və “Nibelunqlar” dastanlarının müqayisəli öyrənilməsi haqqında beş illik layihənin reallaşması istiqamətində atılacaq addımlar müzakirə edilib. Bundan əlavə iki ali məktəb arasında müəllimlərin mübadiləsini həyata keçirmək barədə razılığa gəlinib. Bu razılaşmaya əsasən, Mayns Universitetinin müəllimləri BSU tələbələrinə alman dilini, BSU müəllimləri isə alman tələbələrə Azərbaycan dilini öyrədəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR