Bank Of Baku

«Azerfon» kimsəsiz uşaqlar üçün bayram keçirib

«Azerfon» kimsəsiz uşaqlar üçün bayram keçirib
# 27 aprel 2009 15:12 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) 3 saylı «Günəş evi» uşaq evinin 100-dən artıq kimsəsiz və valideynlərin himayəsindən məhrum olan sakinləri üçün bayram keçirib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, uşaqlar H.Əliyev adına sarayda «Junior Eurovision 2008» müsabiqəsinin qalibləri olan tanınmış gürcü uşaq qrupu və müğənni Manananın iştirakı ilə konsert proqramını izləyiblər.
«Nar Mobile» qayğıya və köməyə ehtiyacı olan uşaqlara dəstək olmaqla yanaşı gələcəkdə də müxtəlif sosial yönümlü və xeyriyyəçilik layihələrində aktiv iştirak edəcək.
Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ildən fəaliyyət göstərir. «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Hazırda şirkətin şəbəkəsindən 1,2 mln-dan çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR