Bank Of Baku

Umud Rəhimoğlu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunan nümayəndəsi ilə görüşüb

Umud Rəhimoğlu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunan nümayəndəsi ilə görüşüb
# 28 aprel 2009 07:31 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Arun Əl-Ngarmla görüşüb. BAMF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, U. Rəhimoğlu görüşdə fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib. BAMF-ın sədri görüşdə rəhbəri olduğu qurumun qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən də danışıb. O, Azərbaycandakı qaçqın və məcburi köçkünlər, o cümlədən, BAMF-nin İraq və Çeçenistandan olan qaçqınlarla bağlı gördüyü işlər, Azərbaycandakı mina qurbanları problemlərinin həllində təmsil etdiyi təşkilatın iştirakı haqqında məlumatları Arun Əl-Ngarmın diqqətinə çatdırıb.
Arun Əl-Ngarm gələcəkdə BAMF-la əməkdaşlıq etmək arzusunu vurğulasa da, BMT QAK-ın nümayəndəsi bunun üçün vaxt tələb olduğunu deyib. Nümayəndə Azərbaycandakı məcburi köçkün və qaçqınların problemləri ilə daha ətraflı tanış olacağını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR