Bank Of Baku

Artıq 149 nəfərin həyatına son qoyan “donuz qripi” üçün peyvənd 4 ay sonra hazır olacaq

Artıq 149 nəfərin həyatına son qoyan “donuz qripi” üçün peyvənd 4 ay sonra hazır olacaq
# 28 aprel 2009 08:21 (UTC +04:00)
Hazırda isə profilaktika məqsədilə “quş qripi” üçün nəzərdə tutulan “Tamiflu” və “Relenza” adlı peyvəndlərdən istifadə etmək məsləhət görülür. Dünya Səhiyyə Təşkilatı “donuz qripi” pandemiyası təhlükəsinin səviyyəsini 3-cü fazadan 4-cü fazaya yüksəldib. Dördüncü faza virusun insandan insana keçməsi hallarının qeydə alınması deməkdir. Ancaq qripin yayılması lokallaşdırılıb və bu, virusun insan orqanizminə pis uyğunlaşdığını göstərir. Dünya Səhiyyə Təşkilatının təsnifatına əsasən pandemiya hər hansı virusun yayılmasında 6-cı fazadır. Sonuncu dəfə təşkilat 1968-ci ildə qrip pandemiyası elan edib. Həmin vaxt “Honkonq qripi”ndən 1 milyona yaxın adam ölüb.
Qeyd edək ki, aprelin 24-də Meksikada “donuz qripi” virusunun yayıldığı açıqlanıb. Aprelin 27-si axşam saatlarına olan məlumata görə, Meksikada bu xəstəlikdən 149 nəfər ölüb. ABŞ-da 40-dan çox, Kanadada 6, Böyük Britaniyada 2, İspaniyada isə bir yoluxma halı qeydə alınıb. İsrail, Braziliya, Qvatemala, Peru, Avstraliya və Yeni Zelandiyada Meksikadan qayıdan bəzi turistlər “donuz qripi” şübhəsi ilə xəstəxanaya aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR