Bank Of Baku

Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə bağlı tədbir keçirilib

Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə bağlı tədbir keçirilib
# 28 aprel 2009 09:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Akademik Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, Zərifə Əliyeva adına məktəbdə keçirilən tədbirdə çıxış edən təhsil müəssisəsinin direktoru Məhəbbət Vəliyeva məktəbin fəaliyyətə başladığı 7 ay ərzində görülən işlərdən danışıb. O, məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə elm və texnikanın son imkanlarından istifadə edildiyini söyləyib. Sonra məktəbin internet saytının təqdimatı keçirilib və bildirilib ki, veb-sayt vasitəsilə dərs prosesini izləmək mümkün olacaq. Tədbir “Zərifə Əliyeva – ana, qadın, alim” mövzusunda ədəbi-bədii gecə ilə davam etdirilib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov məktəbin gələcəyinə inandıqlarını və buradakı tədrisin səviyyəsinin daha da inkişaf edəcəyini vurğulayıb. Nazir Z. Əliyevanın həyatı və elmi fəaliyyəti haqqında da danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR