Bank Of Baku

Heydər Əliyev Beynəlxalq Hava Limanına enən bütün təyyarə və sərnişinlər yoxlanılır

Heydər Əliyev Beynəlxalq Hava Limanına enən bütün təyyarə və sərnişinlər yoxlanılır
# 28 aprel 2009 09:32 (UTC +04:00)
AzAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda profilaktik izahat işləri aparılır, o cümlədən sərnişin və ekipaj üzvlərinə, habelə limanda xidmət göstərən bütün heyətə təlimat və metodik məşqlər keçirilir: «AzAL-ın tibb müəssisələri, avialaynerləri, o cümlədən digər aviaşirkətlərin təyyarələri epidemiyaya qarşı tibbi vasitələrlə komplektləşdirilib. Bundan başqa, təyyarələrdə dizinfeksiya aparılır və avialaynerlərin salonlarında qripə qarşı preparat, maska, xüsusi salfetlər hazırlanıb».

M. Səfərli onu da bildirib ki, güman edilən xəstə aşkar olunduğu halda epidemiyaya qarşı ilkin profilaktia və müalicə tədbirləri görülməsi üçün təlimat metodik məlumatlar toplanılıb.

AzAL-ın xidmət rəisinin sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Səhiyyə Nazirliyinin sanitar karantin məntəqəsi fəaliyyət göstərir. «Hazırda limanda enən bütün təyyarə və sərnişinlər yoxlanılır», - deyə M.Səfərli bildirib.

Qeyd edək ki, Meksika və ABŞ-da başlayan «donuz qripi» virusu artıq İspaniya, Polşa, Fransa, İsveçrə, Danimarka, Rusiya və digər ölkələrdə aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR