Bank Of Baku

Misir Mərdanov: “Azərbaycanda səviyyəli müəllim qıtlığı var”

Misir Mərdanov: “Azərbaycanda səviyyəli müəllim qıtlığı var”
# 28 aprel 2009 09:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bizim üçün müəllim qıtlığından daha çox, müəllimlərin sayının çoxluğu problem yaradır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O, ölkədə səviyyəli müəllimlərin qıtlığından da şikayətlənib. M. Mərdanov Azərbaycanın ucqar bölgələrində işləyən müəllimlər üçün imtiyazların bu gün də tətbiq olunduğunu söyləyib: “Ancaq əsas məqsədimiz məktəblərin rassionallaşdırılmasıdır. Bəzi bölgələrdə kiçik məktəbləri birləşdirərək tədrisin keyfiyyətini artırmaq istəyirik. Bunu da bir layihə olaraq hazırlayırıq. Layihənin necə həyata keçiriləcəyini isə gələcək göstərəcək”. Təhsil naziri işə düzəlmək istəyən müəllimlərin sənədlərinin internet vasitəsilə qeydə alınması prosesinə başlanılacağını da deyib. Onun sözlərinə görə, bu prosesə növbəti dərs ilindən start veriləcək: “Müəllimlərin imtahan verdikdən sonra işə götürülməsi məsələsi isə hələlik nəzərdə tutulmayıb”. M. Mərdanov bəzi orta məktəblərdə şagirdlərə müəllimlər tərəfindən zor tətbiq olunması hallarını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR