Bank Of Baku

Dövlət Əmək Müfəttişliyinin rəisi: “Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 57 faizi özəl qurumların payına düşür”

Dövlət Əmək Müfəttişliyinin rəisi: “Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 57 faizi özəl qurumların payına düşür”
# 28 aprel 2009 11:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 28 aprel – Dünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “Təhlükəsiz əmək hər insanın hüququdur” mövzusunda müşavirə keçirib. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, 90 il əvvəl yaradılan Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildən 28 apreli Dünya Əməyin Mühafizəsi Günü kimi qeyd edir. Azərbaycanda əməyin mühafizəsi sahəsində bir sıra işlərin görüldüyünü diqqətə çatdıran nazir müavini deyib ki, işəgötürən və işçilər arasında əmək müqaviləsinin pozulması və digər neqativ hallar hələ də mövcuddur. O, ötən il ərzində ölkədə 27 mindən artıq əmək müqaviləsinin leqallaşdığını da söyləyib: “İşəgötürənlər indiyədək əmək müqavilələrində minimum əməkhaqqını - yəni 75 manatı qeyd edirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə isə dövlət müəssisələrində orta aylıq əməkhaqqı 268, özəl sektorda 342 manatdır”.

Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü isə bəyan edib ki, ötən il 119 dövlət, 1450 özəl olmaqla, cəmi 2569 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Bu müddət ərzində vətəndaşlardan daxil olmuş 2321 ərizə və şikayət, müəssisə və təşkilatlar tərəfindən göndərilmiş 1320 müxtəlif xarakterli müraciət və sorğular araşdırılaraq cavablandırılıb. Ötən il işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 9504 fakt aşkarlanıb. İqtisadiyyatın sahələri üzrə pozuntulara daha çox sənaye, tikinti, ticarət, xidmət və ictimai iaşə müəssisələrində yol verilir. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 57 faizi özəl qurumların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR