Bank Of Baku

Oftalmoloq-alim Zərifə Əliyevanın anım mərasimi keçirilib

Oftalmoloq-alim Zərifə Əliyevanın anım mərasimi keçirilib
# 28 aprel 2009 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə oftalmoloq - alim Zərifə Əliyevanın anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, bu gün oftalmoloq və ictimai xadim Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur: “1947-ci ildə Tibb İnstitutunu bitirdiksən sonra Zərifə Əliyeva bütün ömrü boyu oftalmologiya sahəsində xidmət göstərib. Zərifə Əliyeva traxoma xəstəliyinin son dərəcə geniş yayıldığı bir dövrdə onun Azərbaycanda ləğv olunması istiqamətində böyük xidmətlər göstərib. Peşə xəstəlikləri ilə göz xəstəliklərinin əlaqəsini araşdıran ilk alim kimi Zərifə Əliyeva sənayedə göz xəstəliklərini aşkar edən laboratoriya yaradıb”.
Nazir bildirib ki, Z. Əliyeva 12 monoqrafiyanın və 150-dən artıq elmi məqalənin müəllifidir. O. Şirəliyev onu da deyib ki, oftalmoloq SSRİ Tibb Elmləri Akademiyasının nüfuzlu Averbax adına mükafatına layiq görülən ilk qadın alim olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR