Bank Of Baku

Bu ilin ilk rübündə istehsalatda 53 bədbəxt hadisə baş verib

Bu ilin ilk rübündə istehsalatda 53 bədbəxt hadisə baş verib
# 28 aprel 2009 11:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi istehsalatla əlaqəli 53 hadisənin təhqiqatını aparıb. APA-nın məlumatına görə, Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü bildirib ki, bu hadisələrdə 67 nəfər zərər çəkib. Onlardan 15-i dünyasını dəyişib, 45-i xəsarət alıb. Ümumilikdə qrup halında 6 bədbəxt hadisə baş verib. Bədbəxt hadisələrin baş verməsində 9 halda müəssisə, 22 halda zərərçəkən, 12 halda müəssisə və zərərçəkən təqsirkar sayılıb, 10 halda isə bədbəxt hadisənin kənar təsir nəticəsində baş verdiyi müəyyənləşib.

N. Şükürlü ümumilikdə istehsalatda bədbəxt hadisələrin sayının azaldığını açıqlayıb. 2007-ci ildə istehsalatda 67-si tikinti sektorunun payına düşməklə 259 bədbəxt hadisə baş vermişdisə, 2008-ci ildə 255 bədbəxt hadisə qeydə alınıb. Həmin hadisələrin 65-i tikinti sektorunda baş verib. 2007-ci ildə bədbəxt hadisələrdən 330 nəfər zərər çəkdiyi halda, ötən il bu rəqəm 283-ə enib. Keçən il ərzində bədbəxt hadisə nəticəsində 72 nəfər (30-u tikinti sektorunda) ölüb, 212 nəfər (47-si tikinti sektorunda) xəsarət alıb. Ötən il qrup halında 17 bədbəxt hadisə baş verib ki, onun da 6-sı tikinti sektorunda qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR