Bank Of Baku

Növbəti tədris ilində Azərbaycan vətəndaşlarına Türkiyənin ali məktəblərində 48 yer ayrılıb

Növbəti tədris ilində Azərbaycan vətəndaşlarına Türkiyənin ali məktəblərində 48 yer ayrılıb
# 28 aprel 2009 13:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi (TN) ilə Türkiyənin Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqaviləyə uyğun olaraq, 2009-2010-cu tədris ilində Azərbaycan vətəndaşlarının Türkiyənin ali məktəblərinin bakalavr pilləsində dövlət xətti ilə təhsil alması məqsədilə 48 yer ayrılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, TN-in müvafiq sifarişi əsasında aprelin 19-da Türkiyə nümayəndə heyəti ilə Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanları keçirib. Türkiyə tərəfi TN-in sifarişini qəbul edərək Azərbaycan gənclərinin təhsil almaları üçün 24 prioritet ixtisas üzrə (tibb, təyyarə mühəndisliyi, kompüter mühəndisliyi, beynəlxalq əlaqələr, turizm və otelçilik, ispan dili, italyan dili, yapon dili, maliyyə, molekulyar biologiya, genetika və s.) Ankara, İstanbul, Boğaziçi, Orta Doğu Texniki, Hacəttəpə, Qazi, İstanbul Texniki, Mərmərə və s. daxil olmaqla, 12 ən nüfuzlu universitetində yer ayırıb.

Eyni zamanda, iki ölkənin müvafiq qurumları arasında mövcud razılaşmaya əsasən, Türkiyə tərəfindən ölkəsinin ali məktəblərinin magistratura pilləsində Azərbaycan üçün müvafiq prioritet ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanması məqsədilə 12 təqaüd ayrılıb. Bakalavr pilləsini Azərbaycanda bitirən və təhsillərini Türkiyədə davam etdirmək arzusunda olan gənclər də müvafiq qaydalara uyğun olaraq, TQDK-nın təşkil etdiyi imtahanlarda iştirak etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR