Bank Of Baku

Mayın 3-də magistraturaya qəbul imtahanı keçiriləcək

Mayın 3-də magistraturaya qəbul imtahanı keçiriləcək
# 28 aprel 2009 15:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 3-də ali məktəblərin magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 15179 bakalavr qeydiyyatdan keçib. İmtahan Bakıda 24, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək. İki mərhələdə keçiriləcək imtahanın birinci mərhələdə bakalavrın test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi yoxlanılacaq. Bu il ilk dəfə olaraq, bakalavrlara informatika ilə bağlı da suallar təqdim ediləcək. İmtahanın ilk mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20, informatika üzrə 10, xarici dildən 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR