Bank Of Baku

Dövlət proqramı çərçivəsində 17 azərbaycanlı gənc təhsil almaq üçün ABŞ və Cənubi Koreyaya göndəriləcək

Dövlət proqramı çərçivəsində 17 azərbaycanlı gənc təhsil almaq üçün ABŞ və Cənubi Koreyaya göndəriləcək
# 28 aprel 2009 15:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələr üzrə 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, proqramın icrasına başlanmasından ötən dövr ərzində azərbaycanlı gənclər Fransa, Türkiyə, Rusiya, Cənubi Koreya, Almaniya, ABŞ və digər ölkələrin ali məktəblərində dövlət hesabına təhsil almaq hüququ qazanıb. Hazırda dövlət proqramı çərçivəsində Fransada 40, Rusiyada 27, ABŞ-da 10 azərbaycanlı gənc təhsil alır. “Fulbright” proqramı ilə əməkdaşlıq nəticəsində növbəti tədris ili üçün keçirilmiş müsabiqədə uğur qazanmış 7 nəfər də yaxın vaxtlarda ABŞ-ın ali məktəblərinin magistraturasında təhsil almağa göndəriləcək. Növbəti tədris ili üçün Cənubi Koreyaya daha 10 nəfər azərbaycanlı gəncin göndərilməsi nəzərdə tutulub. Ümumilikdə proqramı çərçivəsində hazırda 187 azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır. Artıq dövlət proqramı çərçivəsində xaricdə təhsil alan 7 azərbaycanlı gənc müxtəlif ölkələrin ali məktəblərini başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR