Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri I rübdə 20% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri I rübdə 20% artıb
# 29 aprel 2009 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 575,8 manata çatıb və ayda orta hesabla 191,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 5 mlrd. manatlıq gəlirin 70,5%-i son istehlaka, 10,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 19,2%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 4,5 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 22,3% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR