Bank Of Baku

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı I rübdə 26,5% artıb

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı I rübdə 26,5% artıb
# 29 aprel 2009 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 292 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,5% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.
Hesabat dövründə müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 1,9 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində və emal sənayesində çalışan işçilər alıb.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 172,5 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 281,9 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR