Səbail rayonunda yaşıllıqların salınması ilə əlaqədar xüsusi qərargah yaradılıb

Səbail rayonunda yaşıllıqların salınması ilə əlaqədar xüsusi qərargah yaradılıb
# 29 aprel 2009 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Prezidenti İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı tapşırığı ilə əlaqədar Səbail rayonunda xüsusi qərargah yaradılıb. Rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqədar şöbəsindən APA-ya daxil olan məlumata görə, qərargah tərəfindən rayon ərazisində yaşıllaşdırılacaq və yeni ağacların əkiləcəyi ərazilər müəyyənləşdiriləcək. Qərargah həmçinin əkiləcək ağacların və kolların suvarılması üçün su mənbələrinin müəyyənləşdirilməsi, yeni su xətlərinin çəkilməsi, ting və kolların alınması, əkiləcək ağaclara qulluq edəcək cavabdeh idarə, təşkilat və xidmət sahələrini konkretləşdirəcək. Yaşıllaşdırma işlərində rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, rayon ictimaiyyətinin, gənclərin, ali məktəblərin tələbələrinin də fəal iştirakı nəzərdə tutulur.

Cari ilin yaz əkin mövsümündə rayon ərazisində 16500-dən çox ağac artıq əkilib. Yaxın zamanda “Gülüstan” sarayının ətrafında, Bayıl sürüşmə zonasındakı Saraykin küçəsinin yuxarı və aşağı hissələrində, Xanlar bağında, mərkəzdəki Puşkin bağında, Badamdar şosesinin kənarlarında və digər yerlərdə 20 minə yaxın ağacın əkilməsi planlaşdırılır. Nəzərdə tutulan işlərlə yanaşı hər il Bayıl yamacındakı sürüşmə zonasında əkilən ağaclara sistematik qulluq olunması işləri də görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR