Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Azərbaycanda quş ovuna qoyulmuş qadağanın götürülməsini təklif edəcək

Dövlət Baytarlıq Xidməti Azərbaycanda  quş ovuna qoyulmuş qadağanın götürülməsini təklif edəcək
# 29 aprel 2009 10:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar keçirilən növbəti monitorinq mayın 2-də başa çatacaq. APA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov deyib ki, hazırda ölkədə “quş qripi” ilə bağlı vəziyyət sabitdir və quşlar arasında tələfat qeydə alınmır. Onun sözlərinə görə, bu monitorinq yekunlaşdıqdan sonra DBX-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ovçular Birliyinə quş ovuna qoyulmuş qadağanın götürülməsi ilə bağlı müraciət edəcəyi gözlənilir: “Ola bilsin ki, buz bu müraciəti edək. Çünki hazırda ölkədə “quş qripi” qeydə alınmır, buna görə də qadağanın davam etdirilməsinin mənası yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR