Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu elan edilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu elan edilib
# 29 aprel 2009 11:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2009/2010-cu tədris ili üçün əyani təhsil üzrə sənədlərin qəbuluna başlanılır. Nazirlikdən APA-ya verilən məlumata görə, qəbula namizədlər boyu azı 160 sm, orta təhsilli və ya buraxılış sinfində oxuyan 16 yaşından yuxarı ("Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə 01.09.2009-cu il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan vətəndaşları sırasından seçilir.

Akademiyaya qəbul olmaq arzusunda olanlar FHN-in Xüsusi Həkim Ekspertiza Komissiyasından və FHN tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və Seçmə komissiyalarında sınaqdan keçməlidirlər.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə TQDK-nın internet informasiya resursları və kütləvi informasiya vasitələrində verilən elanlar vasitəsilə tanış olmaq mümkündür.

Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Sənədlər mayın 1-dən 20-dək (bazar günləri istisna olmaqla) saat 10:00-dan 18:00-dək FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin binasında (Bakı şəhəri, 9-cu m/r, H.Seyidzadə küçəsi, 40) qəbul edilir.

Akademiyada təhsil müddəti 4 ildir.

Tədris Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına "Yanğın təhlükəsizliyi mühəndisliyi" və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilərək, FHN sistemində müvafiq vəzifələrə təyin edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR