Bank Of Baku

Azərbaycanda “donuz qripi” təhlükəsi ilə əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda 9 boks ayrılıb

Azərbaycanda “donuz qripi” təhlükəsi ilə əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda 9 boks ayrılıb
# 29 aprel 2009 13:19 (UTC +04:00)
Bunu APA-ya Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov deyib. Onun sözlərinə görə, bu məqsədlə həmin institutda 9 boks ayrılıb və lazımi avadanlıqlarla təchiz edilib.
V. Qasımov bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev “donuz qripi” ilə əlaqədar epidemioloji nəzarəti gücləndirilməyi, yəni müayinələrin sayının artırılmasını, qripə şübhəli bilinən ağır formalı bütün xəstələrdən nümunələr götürməyi və müayinələrə cəlb etməyi, müalicə, dezinfeksiyaedici preparatlar, qoruyucu vasitələrlə bağlı müvafiq ehtiyatları yeniləşdirməyi tapşırıb. Bununla yanaşı, həm də hər bir tibb müəssisəsində ağırlaşmış xəstələr üçün müvafiq palataların ayrılması nəzərdə tutulur.
V. Qasımov deyib ki, artıq bütün həkimlərə bu barədə məlumat verilib və məsələyə diqqət artırılıb. Onun sözlərinə görə, əgər həkimlərdə xəstə ilə bağlı şübhə yaranarsa, ondan nümunə də götürüləcək, hətta lazım gələrsə, xəstə hospitallaşdırıcaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR