Bank Of Baku

Ucarda Qarabağ müharibəsi əlilləri üçün tikilən yeni yaşayış evləri istifadəyə verilib

Ucarda Qarabağ müharibəsi əlilləri üçün tikilən yeni yaşayış evləri istifadəyə verilib
# 29 aprel 2009 15:19 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Ucar rayonunun Qarabök və Boyat kəndlərində ikinci qrup Qarabağ müharibəsi əlilləri üçün tikilən yeni yaşayış evləri istifadəyə verilib. APA-nın yerli bürosunun xəbərinə görə, açılış mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçiləri iştirak edib. Qarabök kəndində inşa olunan ev Qasımov Ramil Ədalət oğluna, Boyat kəndində tikilən ev isə Rzayev Rzalı Xanlar oğluna verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına tikilən evlərin ümumi sahə 108,52 kvadrat metrdir.
Qeyd olunub ki, Ucarda 97 Qarabağ müharibəsi əlili var. İndiyə kimi onlardan 7-nə fərdi yaşayış evi tikilib. O da bildirilib ki, yaxın zamanlarda rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən 16 mənzili yaşayış binasının açılışı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR