Bank Of Baku

Zaqatalada 109 baş iri buynuzlu mal-qarada brusellyoz xəstəliyi aşkar edilib

Zaqatalada 109 baş iri buynuzlu mal-qarada brusellyoz xəstəliyi aşkar edilib
# 30 aprel 2009 08:58 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada 109 baş iri buynuzlu mal-qarada brusellyoz xəstəliyi aşkar edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Baytarlıq İdarəsinin rəis əvəzi Ramazan Ramazanov məlumat verib. R. Ramazanovun sözlərinə görə, Zaqatala Baytarlıq İdarəsinin əməkdaşları 2009-cu ilin 4 ayı ərzində rayonda mövcud şəxsi və fermer təsərrüfatlarından ümumilikdə 27949 baş iribuynuzlu mal-qaradan brusellyoz xəstəliyini yoxlamaq üçün qan analizi götürüblər. Aparılan tədbirlər nəticəsində qan analizi götürülmüş 27 min 949 baş iribuynuzlu mal-qaradan 109-da brusellyoz xəstəliyi aşkar edilib. Məlumata görə, xəstə heyvanlar təsərrüfatdan çıxarılaraq Mingəçevir Ət Kombinatına göndərilib.
R. Ramazanov hazırda rayonda mövcud olan 137 min xırda buynuzlu mal-qaradan brusellyoz xəstəliyini yoxlamaq üçün qan nümunələrinin götürülməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib. O artıq 3429 baş xırdabuynuzlu mal-qaradan qan nümunələri götürüldüyünü və 14 baş xırda buynuzlu mal-qarada brusellyoz xəstəliyinin aşkar olunduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR