Bank Of Baku

Dövlət İdarəetmə Akademiyasında “Gender və gənclərin reproduktiv hüquqları sektoru” yaradılıb

Dövlət İdarəetmə Akademiyasında “Gender və gənclərin reproduktiv hüquqları sektoru” yaradılıb
# 30 aprel 2009 12:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət İdarəetmə Akademiyasında “Gender və gənclərin reproduktiv hüquqları” sektorunun açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən akademiyanın rektoru Seyfəddin Qəndilov ölkəyə yeni təfəkkürlü mütəxəssislər lazım olduğunu deyib. 2006-cı ildən BMT-nin Əhali Fondu və Avropa Birliyinin dəstəyi ilə “Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü” layihəsinin icrasına başlandığını söyləyən S. Qəndilov bildirib ki, layihə 15-24 yaş arası gənclərin gender təhlükəsizliyi məsələlərini əhatə edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə təhsil ocaqlarının nəzdində reproduktiv hüquqlarla bağlı mərkəzlərin yaradılmasının vacibliyini vurğulayıb. Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin layihənin icrasına qoşulduğunu xatırladan komitə sədrinin sözlərinə görə, indiyədək 20-dən çox universitet və orta məktəbdə reproduktiv təlim kursları keçilib. BMT-nin Əhali Fondunun və Heydər Əliyev Fondunun dəstəyi ilə “XXI əsrdə qadınlara qarşı zorakılığa yox!” layihəsi çərçivəsində ailə dəstək mərkəzləri və sığınacaqlar da yaradılacaq.

BMT-nin Əhali Fondunun Cənubi Qafqaz ölkələri üzrə direktoru Pir Ziben isə hazırda 15-24 yaş arası əhalinin region əhalisinin 25 faizini təşkil etdiyinə diqqət çəkib: “Lakin cəmiyyətdə bu əhali təbəqəsinə cinsi və reproduktiv sağlamlıq baxımından lazımi şərait yaradılmayıb. Ölkədə reproduktiv sağlamlıqla bağlı gənclər üçün nəzərdə tutulmuş klinikaların açılması önəmlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR