Bank Of Baku

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəsmilərinin Azərbaycana səfəri planlaşdırılır

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəsmilərinin Azərbaycana səfəri planlaşdırılır
# 30 aprel 2009 12:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Almaniyanın Xəsarətlərdən Sığorta Fondunun sədri, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) komissiya sədri Yoakim Breer və BSTA-nın xüsusi komissiyasının sədri Olaf Petermann Azərbaycana səfərə gələcək. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya deyib ki, səfərdə məqsəd Azərbaycanın qeyd edilən qurumu ilə əlaqələri daha da inkişaf etdirmək, qarşıda həyata keçirilməsi planlaşdırılan birgə tədbirlərlə bağlı müzakirələr aparmaqdır. Azərbaycana gələn qonaqlar ölkəmizlə əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə bir sıra təkliflər irəli sürüblər. Bu təkliflərə xüsusilə, BSTA-nın xüsusi komissiyası və BSTA-nın texniki komissiyası çərçivəsində 2010-cu ilin yazında Azərbaycanda birgə beynəlxalq seminarların keçirilməsi daxildir. Seminarın ilkin mövzusu kimi «Enerji sektorunda peşə xəstəliklərinin qarşısının alınması, sığortalanma və reabilitasiyanın təminatı», eyni zamanda, Avropada bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanma sahəsində cari problemlərinin icmalı və s. məsələlərin də seminarın müzakirəsinə çıxarılması təklif olunur.
BSTA rəsmilərinin Azərbaycana planlaşdırılan səfərində əsas məqsədi adıçəkilən seminarla bağlı müzakirələr aparmaq, həmçinin Azərbaycan və Almaniya arasında əlaqələri daha da möhkəmləndirilmək, əməkdaşlığın genişləndirilməsi üçün yüksək səviyyəli görüşlər keçirilməkdir. Qeyd edək ki, 2004-cü ilin sentyabrında Azərbaycan BSTA-nın büro üzvü seçilib, Assosiasiyanın Avropa toplantısı 2005-ci ilin sentyabrında Bakıda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR