Bank Of Baku

Bakıda “Azərbaycanda gənclərin reproduktiv sağlamlı və hüquqları” mövzusunda Milli Parlament Forumu keçirilib

Bakıda “Azərbaycanda gənclərin reproduktiv sağlamlı və hüquqları” mövzusunda Milli Parlament Forumu keçirilib
# 30 aprel 2009 13:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda BMT-nin Əhali Fondu (UNFPA) və Milli Məclisin birgə təşkilatçılığı ilə “Azərbaycanda gənclərin reproduktiv sağlamlı və hüquqları” mövzusunda Milli Parlament Forumu keçirilib. APA-nın məlumatına görə, forum UNFPA və Avropa Komissiyası tərəfindən birgə maliyyələşdirilən Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü (RHİYC) layihəsi çərçivəsində təşkil olunub.

Forumda çıxış edən millət vəkili, Avropa Parlamentlərarası Forumunun Əhali və İnkişaf üzrə Parlament Qrupunun sədri Məlahət İbrahimqızı bildirib ki, dünya əhalisinin demoqrafik tərkibində gənclərin sayı artır. 2007-ci ildə dünyada 15 yaşadək gənclər əhalinin təqribən 30 faizini təşkil edib. 2050-ci ilədək bu göstəricinin 40 faizə çatacağı proqnozlaşdırılır. M. İbrahimqızı deyib ki, Azərbaycan dünyada əhalisinin gənclər hissəsi çox olan ölkələr sırasındadır. Azərbaycanda əhalinin 60 faizi 30-dək olan insanlardır.

UNFPA-nın Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Pir Ziben isə deyib ki, cinsi və reproduktiv sağlamlıq sahəsində əhalinin maarifləndirilməsi, şəbəkələrin fəaliyyəti sayəsində Cənubi Qafqaz regionunda gənclərin reproduktiv sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş RHİYC layihəsi 2006-cı ildən həyata keçirilir. Layihə bu ilin sentyabrında başa çatacaq. P. Ziben layihənin başa çatmasına baxmayaraq, bu təşəbbüsü dəstəkləməyə davam edəcəklərini söyləyib.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova isə deyib ki, Azərbaycanda gənclər arasında reproduktiv sağlamlıqla bağlı bir çox problemlər – yeniyetməlik hamiləliyi, hamiləlik və doğuş zamanı ağırlaşmaların, abortların sayının artması kimi hallar var. Onun sözlərinə görə, respublikada gənclərə reproduktiv xidmət göstərən 12 Dostluq Klinikanın yarılması nəzərdə tutulur. Artıq 10 klinika açılıb, qalan 2-si isə mayın sonunadək istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR