Bank Of Baku

AMEA-nın 1324 dissertantından 472 nəfəri xarici ölkə vətəndaşıdır

AMEA-nın 1324 dissertantından 472 nəfəri xarici ölkə vətəndaşıdır
# 30 aprel 2009 13:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 176 üzvü var. Onlardan 63-ü həqiqi, 113-ü isə müxbir üzvdür. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Akademiyanın elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9714 nəfərdir. AMEA-nın 4784 nəfər elmi işçisinin 529 nəfəri elmlər doktoru, 2068 nəfəri isə elmlər namizədidir. 2008-ci ildə AMEA-nın aspiranturasına 176 nəfər (154 əyani və 22 qiyabi) qəbul olunub. Hazırda aspiranturada 608 nəfər aspirant təhsil alır. Ötən il AMEA-da 18 doktorluq və 127 namizədlik dissertasiyası müdafiə olunub. 2008-ci ilin əvvəlinə olan məlumata görə, AMEA-nın elmi müəssisələrində 1324 dissertant var ki, onlardan 472 nəfəri xarici ölkə vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR