Bank Of Baku

Mayın 3-də magistraturaya qəbul üçün 15179 bakalavr imtahan verəcək

Mayın 3-də magistraturaya qəbul üçün 15179 bakalavr imtahan verəcək
# 30 aprel 2009 14:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də yeni tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsini keçirəcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, magistraturaya 15179 bakalavr ərizə verib. Onlardan 1942 nəfəri rus, 13237 nəfəri Azərbaycan bölməsi üzrə imtahan verəcək. Sənəd verənlərin 7703 nəfəri oğlan, 7476 nəfəri isə qızlardır. Bakalavrlar imtahanda iştirak etmək üçün aprelin 30-dan mayın 2-dək öz elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni, eləcə də “bakalavrın yaddaş kitabçasını ” çap etməlidirlər.

Qəbul imtahanı Bakı şəhərində 24, Naxçıvan şəhərlərində isə 1 binada keçiriləcək. İmtahanın idarə olunması üçün 104 imtahan rəhbəri, 1000 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaq.

İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunacaq tarixdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq edəcəklər. Bu zaman hər bir bakalavra müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçmək hüququ veriləcək. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR