Bank Of Baku

AMEA-nın nizamnaməsinin 19-cu və 45-ci maddələrinə əlavə və dəyişikliklər edilib

AMEA-nın nizamnaməsinin 19-cu və 45-ci maddələrinə əlavə və dəyişikliklər edilib
# 30 aprel 2009 14:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nizamnaməsinin 19-cu və 45-ci maddələrinə əlavə və dəyişikliklər edilib. Akademiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə AMEA-nın ötən ilin yekunları ilə bağlı illik hesabat yığıncağında qərar qəbul edilib. 19-cu maddəyə edilən dəyişikliyə görə, Akademiyanın həqiqi və müxbir üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkə vətəndaşlığından çıxdıqda və ya xarici ölkənin vətəndaşlığını qəbul etməklə yaşayış və iş yeri kimi digər ölkəni seçdikdə, AMEA-nın xarici üzvləri hesab edilirlər. 45-ci maddəyə edilən dəyişikliyə görə isə, Aqrar Elmlər Bölməsi və Tibb Elmləri Bölməsi AMEA-nın Rəyasət Heyətinin bölmələrinə əlavə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR