Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il ətraf mühitə dəymiş ziyanla bağlı 217 iddia qaldırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il ətraf mühitə dəymiş ziyanla bağlı 217 iddia qaldırıb
# 01 may 2009 08:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin yanvar-mart ayları ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 650 akt və protokol tərtib edib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 169 icrası məcburi olan göstəriş verib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 25 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına, 85 iş məhkəmə nəzarətçilərinə və icraçılarına, 56 iş isə rayon məhkəmələrinə göndərilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 127 iş üzrə 249224,5 manat məbləğində cərimə tətbiq edilib, ondan 30387,35 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 217 iş üzrə 219027,71 manat məbləğində iddia qaldırılıb, ondan 14964,05 manatın ödənilməsi təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR