Bank Of Baku

“Donuz qripi”nin adı dəyişdirilib

“Donuz qripi”nin adı dəyişdirilib
# 01 may 2009 09:19 (UTC +04:00)
Bakı – APA. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “donuz qripi” adlandırılan A/H1N1 virusunun donuzdan və ya bu heyvanın ətindən insana keçdiyinə dair sübut olmadığını açıqlayıb. APA-nın BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təşkilat bəyan edib ki, mövcud faktlar və alimlərin rəyləri göstərir ki, donuz əti və donuz məhsulları qrip təhlükəsi daşımır: “Hazırda insandan insana keçən A/H1N1 qrip virusunun Meksika və ya dünyanın digər nöqtəsində donuzlardan qaynaqlandığı ilə bağlı heç bir dəlil-sübut yoxdur”. FAO donuzları məhv etməyə əsas olmadığını vurğulayıb.
Dünya Səhiyyə Təşkilatı da bəzi dövlətlərin və ət sənayesi təmsilçilərinin israrlarından sonra yeni virusun rəsmi adını dəyişərək onu “donuz qripi” deyil, A/H1N1 kimi elan edib. Ad dəyişikliyində israrlı olanlar bu adın insanları çaşdırdığını və onları donuz ətindən imtinaya vadar etdiyini bildirirlər. Bunun nəticəsində ət istehsalçıları ciddi maliyyə itkisi təhlükəsi ilə üz-üzə qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR