Bank Of Baku

Balakəndə MDB ölkələrinin paraşütçülərinin yarışı keçiriləcək

Balakəndə MDB ölkələrinin paraşütçülərinin yarışı keçiriləcək
# 01 may 2009 10:02 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Müstəqil Dövlətlər Birliyi(MDB) ölkələrinin paraşütçüləri Balakən Aviasiya Mərkəzində yarışlarda iştirak edəcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov məlumat verib. M. Süleymanovun məlumatına görə, Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Balakən Aviasiya Mərkəzində paraşüt üzrə dəqiq düşmə yarışları keçiriləcək. Yarışlarda MDB respublikalarından Rusiyanın, Belarusun, Qazaxıstanın, Tacikistanın və Azərbaycanın paraşütçülərindən ibarət komandalar iştirak edəcək. Hər ölkəni təmsil edən komandada 5 paraşütçü olacaq. Paraşütçülər 1200 metr hündürlükdən tullanaraq yerdə yerləşdirilmiş xüsusi maneənin üzərinə dəqiq düşməlidirlər.
Yarışa sabah start veriləcək. Tədbir 5-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR