Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunda yaradılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təqdimatı keçiriləcək

Dövlət Sosial Müdafiə Fondunda yaradılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təqdimatı keçiriləcək
# 01 may 2009 10:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Mayın 4-də Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və BMT-nin İnkişaf Proqramının “DSMF-nin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (AİS) təqdimatına həsr olunmuş xüsusi tədbir keçiriləcək. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, dövlət sığorta-pensiya sistemində avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması layihənin əsas tərkib hissəsidir. Avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində aparılan işlərdən elektron fəaliyyətə keçmək imkanına sahib olub ki, bu da rəsmiləşmələrin daha dəqiq və qısa müddətdə aparılmasına şərait yaradıb. 2003-cü ildə icra edilən layihənin məqsədi informasiya kommunikasiya texnologiyaları əsasında yeni idarəetmə sisteminin yaradılması vasitəsilə ölkənin sığorta-pensiya sisteminin müasirləşdirilməsi və əmək pensiyalarının hesablanması üçün nəzərdə tutulmuş fərdi uçot sisteminin təqdim edilməsidir. Hazırda layihə çərçivəsində DSMF-nin mərkəzi ofisi ilə regional və rayon şöbələri arasında səmərəli rabitə əlaqəsinin qurulması istiqamətində işlər görülür. Bu məqsədlə fondun rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib. Bundan əlavə, layihə çərçivəsində DSMF-nin Mərkəzi Arxivi və Tədris Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Hazırda layihənin 5-ci mərhələsi icra olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR