Bank Of Baku

Çexiyada miqrasiya mövzusunda konfrans keçirilib

Çexiyada miqrasiya mövzusunda konfrans keçirilib
# 01 may 2009 12:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Avropa Birliyinin sədrliyi çərçivəsində Çexiyada “Miqrasiya sahəsində tərəfdaşlıq quruculuğu” mövzusunda nazirlər konfransı keçirilib. Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, konfransda xidmətin rəisi Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Dünyanın 45 ölkəsinin və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi konfransda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə; readmissiya, geri qayıtma və reinteqrasiya; qanuni miqrasiya; inteqrasiya; miqrasiya və inkişaf mövzularında məruzələr dinlənilib. Konfrans çərçivəsində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq və Niderland Krallığının ədliyyə naziri Nəbahat Albayraqla ikitərəfli görüşlər keçirib. Sonda miqrasiya sahəsində əməkdaşlığa dair Birgə Bəyannamə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR