Bank Of Baku

“Quş qripi” ilə bağlı Azərbaycanda aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” ilə bağlı Azərbaycanda aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb
# 01 may 2009 14:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində aprelin 20-dən “quş qripi” xəstəliyinə görə başladığı bu ilin dördüncü monitorinqinin nəticələrini açıqlayıb. DBX-dən APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl quşunun və 13 baş ev quşunun patoloji materialları, həmçinin ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1955 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.

DBX ölkədə “quş qripi” xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, monitorinqlərin nəticələrini və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparmağı nəzərdə tutur.

Hazırda isə “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR