Bank Of Baku

“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı təsis edilir

“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı təsis edilir
# 01 may 2009 14:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Komitə sədri Ziyafət Əsgərov deyib ki, Sərhəd Mühafizəsi Xidməti mövcud olduğu dövrdə Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətlər göstərib: “Bu il Dövlət Sərhəd Xidmətinin yaradılmasının 90 illiyi tamam olur”. Komitə sədri müstəqillik illərində Azərbaycan sərhədlərinin qorunması sahəsində görülən işləri yüksək dəyərləndirərək sənədin əhəmiyyətindən danışıb. İclasda çıxış edən aidiyyəti qurumun nümayəndələri və ekspertlər bildiriblər ki, sərhəd mühafizəsinin 90 illiyi ilə bağlı yubiley medalı ilə Dövlət Sərhəd Xidmətində uğurlar qazanan hərbçilər və bu sahənin inkişafında xüsusi xidməti olan şəxslər təltif olunacaqlar. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR