Bank Of Baku

Lənkəranda 10 minə yaxın ağac əkilib

Lənkəranda 10 minə yaxın ağac əkilib
# 01 may 2009 14:50 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda dünəndən start götürən ağac əkmə kampaniyası bu gün də davam etdirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ümumrayon aksiyasında rayon sakinləri ilə yanaşı, yerli icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarda çalışanlar da iştirak edib. İki gün ərzində rayonun park və xiyabanlarında, magistral yolların kənarında 10 minə yaxın yerli təbii iqlim şəraitinə uyğun olan dəmirağacı, Eldar şamı, küknar və Lənkəran akasiyası əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR