Bank Of Baku

Mayın 7-də hakimliyə namizədlər imtahan verəcək

Mayın 7-də hakimliyə namizədlər imtahan verəcək
# 01 may 2009 14:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Mayın 7-də hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək. Hakimlərin Seçki Komitəsindən APA-ya verilən məlumata görə, imtahan saat 12.00-da Bakı İdman Sarayında başlayacaq və nəticələr imtahanın sonunda elan olunacaq. Hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 4-də şəxsiyyət vəsiqələrini təqdim etməklə ala biləcəklər. Onlar imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsini mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR