Bank Of Baku

Rusiyanın ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edilib

Rusiyanın ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edilib
# 01 may 2009 15:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üçün Rusiyanın ali məktəblərinə, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan ali məktəblərinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat mayın 4-dən 12-dək hər gün aparılacaq. Qəbul imtahanının mayın 17-də keçirilməsi nəzərdə tutulur. Qəbul haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ali məktəblərin və ixtisasların siyahısı, plan yerləri və digər məlumatlar yaxın günlərdə TQDK-nın internet saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR