Bank Of Baku

Azərbaycan Dövlət Komissiyası H1N1 tipli qriplə (“donuz qripi”) bağlı əhaliyə müraciət edib

Azərbaycan Dövlət Komissiyası H1N1 tipli qriplə (“donuz qripi”) bağlı əhaliyə müraciət edib
# 01 may 2009 15:47 (UTC +04:00)
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 1-dək dünyanın 11 ölkəsində - Meksika, ABŞ, Kanada, Yeni Zelandiya, İsrail, İspaniya, Avstriya, Almaniya, Birləşmiş Krallıq, İsveçrə və Niderlandda 331 laborator təsdiq olunmuş A(H1N1) tipli qrip hadisəsi qeydə alınıb. Bunlardan Meksikada 9, ABŞ-da 1 hadisə ölümlə nəticələnib. Bu xəstəliyə şübhəli hadisələrin sayı Meksikada 2500-dən, ABŞ-da isə 70-dən artıqdır. Bundan əlavə, Meksikanın tibb mütəxəssisləri pnevmoniyadan ölmüş 159 nəfərin ölüm səbəblərini araşdırır.

Mövcud vəziyyəti nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan pandemiyanın həyəcan səviyyəsinin 4-cü fazadan 5-ci fazaya qaldırılması barədə qərar qəbul edib ki, bu da ÜST-nin bir regional bürosunun ən azı, 2 ölkəsinin ərazisində virusun insandan-insana keçməsinin təsdiqi deməkdir.

Xəstəliyin əlamətləri baş ağrısı, əzələ ağrıları, hərarətin qalxması, öskürək, angina, rinit, bəzi hallarda diareya və qusmadır. Xəstələrin müalicəsi üçün tamiflü (oseltamivir, zanamivir) tövsiyə olunur.

Məlumatda qeyd edilir ki, Azərbaycanda bu xəstəliyə şübhəli hallar qeyd olunmayıb. Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən artıq xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi üçün müvafiq ehtiyatlar yaradılıb. Bununla bağlı Dövlət Komissiyası əhaliyə tövsiyə edir ki, şübhəli hallar baş verdikdə, dərhal ərazi tibb müəssisəsinə müraciət və ya təcili tibbi yardıma çağırış etsin, şəxsi gigiyena qaydalarına riayət olunsun, xəstəlik təsdiq olunmuş ölkələrə səyahətlərdən imkan daxilində çəkinsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR