Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprelin 25-də keçirilən test imtahanın təhlilini açıqlayıb

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprelin 25-də keçirilən test imtahanın təhlilini açıqlayıb
# 01 may 2009 16:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 29 dövlət orqanı üzrə 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün aprelin 25-də keçirilən test imtahanın təhlilini açıqlayıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 2862 namizəddən 532 nəfəri (18,59%) test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplayaraq sonrakı mərhələyə keçib. Namizədlərdən 216 nəfəri test imtahanında iştirak etməyib.
Test imtahanının nəticələrinə görə, daha çox namizədin uğur qazandığı üç dövlət orqanı - İqtisadi İnkişaf Nazirliyi (83 yerə qarşı qeydə alınmış 799 namizəddən 180-i test imtahanından uğurla keçib), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (78 yerə qarşı qeydə alınmış 255 namizəddən 60-ı test imtahanında qalib gəlib) və Təhsil Nazirliyidir (62 yerə qarşı qeydə alınmış 230 namizəddən 38-i test imtahanından uğurla keçib).
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə 1 yerə qarşı qeydə alınmış 11 namizəddən heç biri test imtahanından keçə bilməyib.

Dövlət Dəniz Administrasiyası üzrə 1 yerə qarşı ümumiyyətlə namizəd qeydə alınmayıb.

Komissiya test imtahanının nəticələrinə görə təhsil müəssislərinin reytinqini də müəyyənləşdirib. Testdə qalib gələn 532 namizədin 57,14 %-i (304 nəfər) Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti və Dövlət İdarəçilik Akademiyasının məzunlarıdır. Digər ali təhsil müəssisələrinin isə cəmi 209 məzunu test mərhələsindən uğurla adlaya bilib. İmtahanda iştirak edən xarici ölkə məzunlarının sayı isə 65 nəfər olub. Onlardan 19 nəfəri test imtahanı mərhələsini adlaya bilib. 19 ali məktəbi təmsil edən 80 namizəddən isə heç biri test imtahanında uğur əldə edə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR