Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu Goranboy rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib

Dövlət Sosial Müdafiə Fondu Goranboy rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib
# 01 may 2009 17:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Dövlət Sosial Müdafiə Fondunun daxili audit şöbəsi Goranboy rayon şöbəsinin funksional vəzifələrin icrasının araşdırılması zamanı ciddi nöqsanlar aşkarlayıb. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya deyib ki, aşkar edilmiş ciddi nöqsanlarla əlaqədar rayon şöbəsinin müdiri və digər təqsirkar şəxslər vəzifələrindən azad edilib, müvafiq materiallar tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub. E. Babayevin sözlərinə görə, bu tədbirin icrası respublika prezidentinin 2007-ci ilin iyulun 28-də verdiyi sərəncamla təsdiqlənmiş «Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR