Bank Of Baku

Direktor: “Mərkəzi Nəbatat Bağının Şamaxıda yerləşən torpaqları qanunsuz olaraq satılıb”

Direktor: “Mərkəzi Nəbatat Bağının Şamaxıda yerləşən torpaqları qanunsuz olaraq satılıb”
# 02 may 2009 09:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının Şamaxıda yerləşən torpaqları qanunsuz olaraq satılıb. Bu sözləri APA-ya Bağın direktoru Oruc İbadlı deyib. Onun sözlərinə görə, Şamaxıda yerləşən 30 hektar ərazi Akademiyaya 1976-cı ildə akademiklər Həsən Əliyev və İbrahim Səfərovun ölkənin 2500 ha yararsız torpaqlarını yararlı vəziyyətə gətirdiklərinə görə təcrübə fondu olaraq əvəzsiz verilib. Torpağın 20 hektarının üzümlük, 10 hektarının isə meşə sahəsi olduğunu deyən O. İbadlının sözlərinə görə, ərazidə xəndək üsulu ilə əkinə yararlı sahə yaradılıb: “Burada dünyanın müxtəlif ölkələrindən nadir badam, püstə ağacları əkilib. Son iki ildə isə ərazidə nadir qoz, fındıq və şabalıd ağacları əkirdik. 2000-ci ilə qədər bu ərazi Botanika İnstitutunun tabeliyində olub. 2000-ci ildən sonra isə ərazi Mərkəzi Nəbatat Bağının tabeliyinə verilib”.

O. İbadlının sözlərinə görə, Bağın ərazisini zəbt edənlər arasında keçmiş icra başçıları və keçmiş deputatlar var. Ərazinin 60 sotu isə Gürcüstan vətəndaşına verilib: “Bu ərazi Şamaxı rayon Meşə İdarəsi, Şamaxı və Əngixaran bələdiyyələri tərəfindən satılıb. Bununla bağlı Sumqayıt Yerli İqtisad Məhkəməsi ötən ilin sentyabrın 22-də qərar qəbul edib. Qərara əsasən, əraziyə 100 min manatlıq həbs qoyulub, məhkəmə başa çatana qədər isə ərazidə hər hansı əkin işi aparmaq olmaz. Faktla bağlı Azərbaycan Nazirlər Kabinetinə müraciət etmişik. Həmin ərazinin sənədləri də hazırda Nazirlər Kabinetindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR