Bank Of Baku

Azərbaycan-Rusiya sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan-Rusiya sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib
# 02 may 2009 09:42 (UTC +04:00)
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunub. Samur Gömrük Məntəqəsindən APA-nın şimal bürosuna bildirilib ki, Qusar və Xaçmaz rayonlarında yerləşən Samur, Şirvanovka və Xan oba sərhəd-keçid məntəqələrində həm avtomobillər, həm də piyadalar üçün dezobaryerlər yaradılıb. Bütün sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən baytarlıq məntəqələrində nəzarət gücləndirilib. Şimal bölgəsindəki donuzçuluq təsərrüfatlarında isə qapalı fəaliyyət forması tətbiq olunur.

Xaçmaz rayon Baytarlıq İdarəsinin rəis müavini Ağali Ağabalayevin APA-ya verdiyi məlumata görə rayon üzrə dörd təsərrüfatda 700 baş donuz saxlanır. Hazırda bütün donuzçuluq təsərrüfatlarında “donuz qripi” virusundan müdafiə məqsədilə xüsusi tədbirlər aparılır: “Təsərrüfatçılar maarifləndirilir, təsərrüfatlara gediş-gəliş məhdudlaşdırılıb, fermalarda dezobaryerlər yaradılıb, fermalar hər gün dezinfeksiya edilir”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə APA-ya bildirib ki, təmsil etdiyi qurum tərəfindən hələlik yalnız Rusiyanın Krasnodar və Şimali Osetiya vilayətlərindən ölkəyə ət və ət məhsullarının gətirilməsinə qadağa qoyulub: “Bu isə bir müddət əvvəl həmin vilayətlərdə donuzalr arasında aşkarlanmış “Afrika taunu” xəstəliyi ilə əlaqədardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR