Bank Of Baku

Bakıda “Müasir dünyada yeni düşüncəyə ümumi baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Müasir dünyada yeni düşüncəyə ümumi baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 02 may 2009 09:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan, Türkiyə, Əlcəzair və digər ölkələrdən filosoflar iştirak edir. Konfransda şərq düşüncəsinin modernləşməsi prosesinin aktual problemləri müzakirə olunur.
Assosiasiyanın prezidenti, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan fəlsəfi fikrinin qarşıda duran vəzifələrindən danışıb. O bildirib ki, qloballaşma dövründə inteqrasiya meyləri bütün xalqları yaxınlaşdırır və fəlsəfi düşüncənin strukturunda yeni dövrün prinsipləri yer alır: “Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən biri də milli düşüncənin formalaşmasıdır. Bu proses davam edir. Azərbaycanda fəlsəfi fikrin hazırkı səviyyəsi qənaətbəxş sayıla bilməz. Bu sahədə geniş araşdırmalar aparılmasına ehtiyac var”.
Daha sonra R. Mehdiyev türk xalqlarının fəlsəfi fikir tarixinin qarşılıqlı öyrənilməsinin vacibliyini vurğulayıb. O deyib ki, bunun üçün filosofların əməkdaşlığının qurulması zəruridir.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında bildirib ki, Azərbaycan və Türkiyənin filosofları daim bir-birləri ilə sıx əlaqədə olub, Azərbaycanın tanınmış filosofları Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin qurulmasında rol oynayıblar. Səfir qeyd edib ki, konfransda Türkiyə və Azərbaycanın müasir dünyada qarşılaşdıqları problemlərin nəzəri aspektləri araşdırılacaq. Konfrans davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR